DYP yeni yaradılan dövlət qurumunu CƏRİMƏLƏDİ

İctimai nəqliyyat 22 İyun 2021 | 14:48
OXUNUB: 1170

Dövlət Yol Polisi (DYP) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini cərimələyib. Unikal.org-un məlumatına görə, tərtib edilən protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İşə hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.

Bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man