“Nə həyəti var, nə qarajı, nə də yanğın təhlükəsizliyi...” – Yeni tikililərə nəzarət edilmir?

23 İyun 2021 | 13:26
OXUNUB: 1568
"Yeni Yasamalda yanğın baş verdi. Yanğınsöndürənlər yanğın olan binaya gedə bilmədi. Necə ola bilər ki, sən binaların o vəziyyətdə tikilməsinə icazə verəsən? Ora nə yanğınsöndürən, nə təcili tibbi yardım maşını girə bilməsin. O binalarda yaşayanların təhlükəsizliyini düşünmürlər”.

Bunu ötən gün Milli Məclisdəki çıxışında deputat Fazil Mustafa deyib. Bununla bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev isə Sfera.az-a açıqlamasında bildirib ki, çoxmənzilli binalar zəruri olan təhlükəsizlik qaydalarına, norma və standartlara riayət edilməklə tikilməlidir:

"Həm ekoloji təhlükəsizlik, həm sanitar-gigiyenik normalar, həm də sağlam yaşayış mühiti olması nəzərə alınmaqla binalar inşa edilməlidir. Binaların tikintisi zamanı keyfiyyətli və ekoloji təmiz tikinti materiallarından istifadə edilməli, binalararası ara məsafə gözlənilməli, binanın yanğın təhlükəsizliyinə dair bütün normalara riayət edilməklə tikintisi aparılmalı, fövqəladə vəziyyətdə təhlükəsiz toplanış yeri, ehtiyat su çəni, yanğın siqnalizasiya vasitələri, ilkin yanğınsöndürən vasitələr, su dirəkləri ilə təchiz olunmalıdır. O cümlədən binanın həyətinə giriş yollarında əlavə tikili və qurğular, avtomobillərin park edilməsi, hər hansı maneələrin quraşdırılmasına yol verilməməlidir. Fövqəladə vəziyyətdə, yanğın təhlükəsi zamanı xilasetməyə gələn qurumların maşınları, yanğınsöndürən maşınların rahat və maneəsiz hərəkəti təmin olunmalıdır ki, vaxtında müdaxilə olsun, insanların az zərər çəkməklə hadisənin qarşısı alınsın”.

Ekspert qeyd edib ki, bəzi binalar bir-birinin içərisində tikilib, yaxud beş mərtəbəli binaların arasında 16 mərtəbəli bina mövcuddur və onun nə həyəti var, nə qarajı, nə də yanğın təhlükəsizliyinə dair vasitələrlə təchiz edilib:

"Hər binanın özünün ara məsafəsi olmalıdır. Bir binanın ara məsafəsi o biri binanın ara məsafəsinə birləşməməlidir. 50 metr hündürlüyündə olan binada azı 30 metr ara məsafəsi olmalıdır. İnsanların təbii günəş süası almaq hüquqnu belə pozulur. Belə olan halda, orada yaşayan insanların həyatı üçün təhlükə əlbəttə olacaq.  Ancaq təəssüflər olsun ki, bir çox binalarda nə yağın hidrantları var, nə ehtiyat su çəni...Varsa da işlək deyil, yolun hərəkət hissələri maneələrlə doludur, maşınlar yolun üzərində park edirlər ki, bu da hadisəyə vaxtında müdaxiləyə maneə yaradan səbəblərdir. Bina komendatları bunu təşkil etməlidir, sakinlər başa düşməlidir ki, bu onların özləri üçündə vacibdir. Söhbət öz həyatlarından gedir. Bu məsələlərə kompleks yanaşmaq lazımdır. Binanın tikintisi zamanı əgər yanğın təhlükəsizliyinə dair tələblərə riayət edilmirsə, insanların həyat və sağlamlığı üçün təhlükə riski varsa,  onun tikintisinə icazə vermək olmaz”.
 
Günay Rəsulqızı
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man