Saatlıda “KamAZ”la toqquşan avtomobil su kanalına düşüb, xəsarət alan var

Yol qəzaları 22 İyun 2021 | 00:15
OXUNUB: 932

Saatlıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Saatlı Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “KamAZ” markalı yük maşını minik avtomobili ilə toqquşub. Nəticədə içərisində dörd sərnişin olan minik avtomobili yaxınlıqdakı su kanalına düşüb. Ətrafdakı adamların köməkliyi ilə sərnişinlər avtomobildən çıxarılıb.

Hadisə zamanı avtomobildə olan İmişli rayonunun Otuziki kənd sakini, 1981-ci il təvəllüdlü Abbasov Haldun Bilal oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı İmişi Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır./report

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man