Ermənistan seçkidən sonrakı mərhələdə: Köçəryan “fors-major” hadisələr törədərsə...

23 İyun 2021 | 11:51
OXUNUB: 1782
"Paşinyan yaxın günlərdə hökuməti təşkil etməyə başlayacaq. Amma Baş Nazir səlahiyyətlərinin icraçısının opponentləri " Vətəndaş Müqaviləsi” partiyasının bu qələbəsi ilə barışmaq istəmirlər. Çünki onların gözləntiləri əldə etdiklərindən qat-qat artıq idi”.
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov Ermənistanda seçkilərdən sonrakı mərhələni dəyərləndirərkən deyib.
 
O bildirib ki, Köçəryan siyasi səhnəyə Baş Nazir kimi qayıtmaq istəyirdi və deputat mandatı ilə parlamentdə oturmaq heç də onun ürəyincə deyil:

"Digər tərəfdən, onun və tərəfdarlarının əldə etdikləri deputat yerlərindən imtina etməsi də gözlənilmir. Çünki onlar Ermənistanda birmənalı qarşılanmayacağını düşünərək bu yolu da seçməyəcəklər. "Bu hökumətin əldə etdiyi mandat ona olan etibarın dərəcəsi ilə üst-üstə düşmür” deyən Robert Köçəryan Paşinyanın qazandığı qələbəyə kölgə salmaq istəyir. Parlamentdə ikinci yerdə düşməyə nail olan  Qarabağ Erməni klanının nümayədələrindən təşkil olunan "Ermənistan” bloku mübarizəni davam etdirir. Onlar Konstitusiya Məhkəməsinə seçkilərin keçirilməsi zamanı baş verən qanun pozuntuları ilə müraciət edəcəklər.

Küçə mitinqləri və kütləvi hərəkatlara müraciət etmək məsələsi hələ gündəlikdə deyil. Çünki seçkilərdən dərhal sonra insanların mitinqlərə çıxarmaq heç də asan görünmür. Amma bunun əvəzində Xankəndində hərəkətlilik müşahidə olunur ki, orada Paşinyana qarşı mitinqlər kütləvi xarakter alarsa, onu İrəvana keçirmək istəyirlər. Görünür, Robert Köçəryan 30 il bundan qabaq keçdiyi məsafəni yenidən qət etmək istəyir və burada yenə də Rusiyanın himayəsinə bel bağlayır”.

Müsahibimiz qeyd edib ki, Köçəryanın 30 il bundan qabaqkı taktikaya cəhd etməsi istədiyi nəticəni verməyəcək:

"Çünki Azərbaycan 30 il bundan öncəki Azərbaycan deyil. Bunun ən böyük sübutu 44 günlük İkinci Qarabağ müharibəsi zamanı qazandığımız qələbədir. Paşinyan da müxalifətə qarşı münasibətdə müəyyən qədər yumşalmış kimi görünür. Çünki seçkidə hökuməti təşkil edəcək səviyyədə səs toplaması ona heç də müxalifətlə güc dilində danışmağa imkan vermir. 54 faiz bu imkanı onun əlindən alıb. O, daha ciddi nailiyyətlərə ümid edir və bütün gedişlərini buna uyğun qururdu. İndiki vəziyyət Baş Nazir səlahiyyətlərini müvəqqəti icra edənə müəyyən müddətə qədər olduqca mülayim davranmağı tələb edir. Gözlənilən odur ki, sentyabr ayına qədər Ermənistanda siyasi proseslər müəyyən qədər səngiyəcək. Qarşı-qarşıya duran tərəflərin "taym-aut” götürərək istirahət etmək və güc toplamağa ehtiyacları var. Təbii ki, əgər ciddi "fors-major” hadisələr baş verməsə”.

Günay Rəsulqızı
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man