Ucarda zəncirvari yol qəzası olub - bir nəfər xəsarət alıb - FOTO

Yol qəzaları 21 İyun 2021 | 21:45
OXUNUB: 663

Ucarda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib.

Hadisə bu gün axsam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Şəki rayon sakini, 1986-cı il təvəllüdlü Kamran Xəlilovun idarə etdiyi "FORD" markalı maşın, Sabirabad rayon sakini, 1969-cu il təvəllüdlü Murad Abbasovun idarə etdiyi "Mercedes" markalı minik maşını ilə "UAZ" markalı maşın toqquşub.

Nəticədə Beyləqan rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Allahverdiyev aldığı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.///apa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man