Avtomobili çıxarmaq üçün çağırılan traktor da dərəyə aşıb. Avtosfer.az bildirir ki, sosial şəbəkələrdə yayılan video gülüş doğursa da nəticəsi yüngül olmayıb. Belə ki, sürücü dərəyə aşan avtomobilini çıxarmaq üçün köməyə traktor çağırıb. Lakin traktorun sürücüsü dərəyə çox yaxın saxladığı üçün avtomobili dartıb çıxarmağa çalışarkən özü də onun dalınca aşıb. Nəticədə həm hər iki nəqliyyat vasitəsi dərədə qalıb, həm də avtomobil traktorun zərbəsindən daha çox xəsarət alıb. Sürücü isə köməyə çağırmaq üçün növbəti avtomobil axtarışına başlayıb.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man