Piyada yolu elə keçir ki, elə bil, küçənin behini verib- Coşqun Viləş «Qaydalar hamı üçündür»dedi - VİDEO - FOTO

Nəqliyyat TV 21 İyun 2021 | 10:00
OXUNUB: 1619

Avtosfer.az-la Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin birgə layihəsi olan «Qaydalar hamı üçündür» layihəsinin növbəti qonağı müğənni və aktyor Coşqun Viləş oldu.
Hər bir tanınmış insan yollarda həm də tanınmış bir sürücüyə çevrilir. Elə məhz bu səbəbdən onlar yollarda da göz önündə, diqqət mərkəzindədirlər. Tanınmışların səhv etmək şansı da digərlərinə baxanda çox azdır. Coşqun Viləş etdiyi səhvi bu gün də xatırlayanda utancından üzü qızarır:
«Səhv məndə ola-ola taksi sürücüsünün üstünə qışqırdım. Yadıma düşəndə o hərəkətimdən hələ də çox utanıram».
Yollarda hər şey səhnədə olduğundan daha çətindir. Çünki idarəsi itirilən avtomobil bir anda, bir saniyədə həm sürücünün, həm də başqalarının həyatını məhv edə bilər. Səbrli bir sürücü olduğunu söyləyən Coşqun Viləş qayda pozanlardan danışanda da təmkinini əldən vermir:
«Sol zolaqda 40-la gedir, əlində də telefon, hələ üstəlik əlini də çıxarıb «get də» deyir. 
Piyadaların yolu keçməsindən tutmuş, avtobusların dayanacaqdan kənarda saxlamasına, taksilərin parklanma yerlərini zəbt etməsinə qədər bir çox mövzulara toxunan müğənni fikirlərini və iradlarını bildirməyi unutmadı.
Coşqun Viləş Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov başda olmaqla bütün yol polislərindən də razılığını dilə gətirdi:
«Mən Vaqif müəllimin xətrini çox istəyirəm, o heç kimin qəlbini qırmır». 
Bu gün daha çox aktyorluğu ilə gündəmdə olan Coşqun Viləş sonda tanınmış bir sima olaraq sürüclərə yollarda uğur arzuladı. 

Aysel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man