Agentlikdən Avtosfr.az-a verilən məlumata görə, proqram çərçivəsində sözügedən rayonun Qaraçuxur qəsəbəsində ümumi uzunluğu 4,3 km olan dörd küçədə və Şərq yaşayış massivi yolunda yenidənqurma işləri aparılır. Bu çərçivədə qəsəbədə 700 metr uzunluğa malik Zaur Şərifov küçəsində aparılan təmir-tikinti işləri yüksək keyfiyyətlə icra olunub.
Küçə uzun müddət təmir olunmadan istismar olunduğundan gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunub. Ardınca küçəyə yeni asfalt-beton örtüyü döşənib.
Təmir zamanı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib.
Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.
Sonuncu mərhələdə isə küçə boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb. Belə ki, layihəyə uyğun olaraq asfaltlanma işləri bitdikdən sonra Zaur Şərifov küçəsi piyadaların maneəsiz hərəkəti üçün panduslar, zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları, həmçinin xüsusi parking yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Sözügedən küçədə təmir işləri 8600 kv. metrə yaxın sahədə aparılıb.
Qeyd edək ki, hazırda Qaraçuxur qəsəbəsi üzrə Nizami İsmayılov küçəsində təmir işləri davam etdirilir.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün sözügedən ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Təmir işlərinin həcmi cari ilin İnvestisiya Proqramına uyğun olaraq aparılır. Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Foto
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man