"Sürücü hadisə yerindən qaçmayıb"- “BakuBus”dan AÇIQLAMA - VİDEO

Yol qəzaları 17 İyun 2021 | 19:19
OXUNUB: 1177

Bəzi KİV-də “BakuBusa” qəza törədərək hadisə yerindən yayınması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Bu barədə Avtosfer.az-a "BakuBus MMC”dən məlumat verilib. Bildirilib ki, 17.06.2021 tarixində saat 11:20 radələrində İnşaatçılar prospüktində 3 nömrəli xətt üzrə Dövlət Qeydiyyat Nişanı 99 JU 864 avtobusun iştirakı ilə yüngül yol nəqliyyat hadisəsi baş verib. Hadisə yol ayrıcında baş verdiyindən avtobusun sürücücü hərəkətin təhlükəzliyi üçün bir qədər irəlidə saxlayaraq qəza barədə DYP-nə və sığorta şirkətinə məlumat verib. Qəza barədə Bakı Nəqliyyat Agentliyinin Mərkəzi Dispetçer Xidməti də məlumatlandırılıb. Həmçinin bildiririk ki, “BakuBus” avtobusları Bakı Nəqliyyat Agentliyinin Mərkəzi Dispetçer Xidmətinə inteqrasiya olunaraq daimi müşahidə altındadır. Hər bir avtobusda sürücü davranışları real vaxt rejimində izlənildiyindən qəza törədərək hadisə yerindən yayınma qeyri-mümkündür. Paytaxtımızda mötəbər idman tədbirinin keçirildiyi günlərdə bu kimi qeyri-real məlumatların yayılması heç də təsadüfi deyil. Məqsəd beynəlxalq tədbirlər zamanı uğurla icra edilən nəqliyyat tədbirlərini gözdən salmaqdır. Bir daha bəzi media təmsilçilərini peşə etikasına və peşəkarlıq prinsiplərini əməl edərək əldə edilən məlumatı rəsmi mənbələrdən təsdiq etməyə çağırırıq. Yayılan hər bir yalnış informasiya cəmiyyətdə narahatlıq və çaşqınlıq yaratmaqla yanaşı məlumatı yayan informasiya orqanının obyektivliyini də şübhə altına alır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man