Nərimanov rayonunda Arif Hacıyev küçəsi təmir olunur  - FOTO

Yeniliklər 17 İyun 2021 | 20:00
OXUNUB: 705

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı şəhəri və onun qəsəbələrini əhatə edən təmir-tikinti işləri davam etdirilir. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, bu çərçivədə Nərimanov rayonu ərazisində ümumi uzunluğu 10,5 km olan 15-dən artıq küçə və yolun təmiri aparılır. İnvestisiya Proqramına uyğun rayon ərazisində təmiri nəzərdə tutulan küçələrdən biri Arif Hacıyev küçəsi idi ki, artıq agentlik tərəfindən müvafiq işlər icra olunur.

Uzunluğu 500 metr təşkil edən küçənin uzun müddət təmir edilməməsi hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Küçə boyu aparılan təmir işləri bu problemi aradan qaldırmağa yönəlib. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Bu küçədə işlərin yekunlaşmasına uyğun olaraq rayon üzrə İnvestisiya Proqramına əsasən təmiri nəzərdə tutulan digər ərazilərdə də təmir işləri aparılacaq.

Təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun şəkildə agentliyin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

Qeyd edək ki, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.

 

Bakının Arif Hacıyev küçəsi təmir olunur - <span class=Bakının Arif Hacıyev küçəsi təmir olunur - <span class=Bakının Arif Hacıyev küçəsi təmir olunur - <span class=Bakının Arif Hacıyev küçəsi təmir olunur - <span class=Bakının Arif Hacıyev küçəsi təmir olunur - <span class=

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man