1960-cI ildə ABŞ-da otel va kazino işlədən iş adamı Bill Harrah «Ferrar»nin üstü tam örtülü bir modelini özü üçün hazırlatmaq qərarına gəlib. O, «Ferrari» şirkətinə müraciət edərək «Jeep Grand Wagoneer» va «Ferrari» avtomobillərini birləşdirmək istadiyini bildirib.
Avtosfer.az bildirir ki, rədd cavabı alan amerikalı biznesmen xəyalını təkbaşına gerçəkləşdirməli olub. O, «Ferrari 365 GT 2+2» avtomobili ilə «Jeep Wagoneer»-i birləşdirir.
Xeyli pul xərclənən yeni avtomobil «Ferrarinin» 320 at gücüna malik V12 mühərriki ilə təmin edilib. Sürət qutusu kimi isə «Wagoneer»-in 3 pilləli avtomatik sürət qutusu istifadə edilib. Bu qeyri-adi avtomobilin tam örtülməli sistemi isə «Wagoneer»-dən götürülüb. Nəticədə ortaya çıxan bu maraqlı avtomobilə «Jeep» va «Ferrari» qarışığı olduğu üçün "Jerrari" ləqəbi verilir. 1978-ci ildə sahibinin ölümündən sonra əl dəyişdirən avtomobil bu günlərdə Classic Driver tərəfindən satışa çıxarılıb.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man