Sumqayıtda ağır yol qəzası baş verib.
Hadisə Novxanı qəsəbəsində baş verib.
Adilzadə Anar Çingiz oğlunun idarə etdiyi "Chevrolet" markalı nəqliyyat vasitəsi "Hyundai" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Hyundai" daş hasara dəyib. Qəza nəticəsində avtomobildə olan hamilə qadın və onun əri ağır xəsarət alıb. "Chevrolet"in sürücüsü də ağır xəsarət aldığından hər üç yaralı Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib.
Hadisə şahidi Pərviz Əliyevin verediyi məlumata görə, "Chevrolet" yüksək sürətlə əks yola çıxıb.
Hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları cəlb edilib. (Apa)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man