Səbail rayonunda iki küçədə təmir işləri davam etdirilir - FOTO

Yeniliklər 16 İyun 2021 | 14:32
OXUNUB: 942

2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Səbail rayonu üzrə təmirə ehtiyacı olan, 10 min nəfərdən çox əhalinin yaşadığı ümumi uzunluğu 9 km təşkil edən qəsəbədaxili küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən təmir-tikinti işləri davam etdirilir.

AAYDA-dan Avtosfer.az-a verilən məlumata görə, bu çərçivədə sözügedən rayonun 1 400 metr uzunluğa malik Yüzbəy Mürsəlov və 2 000 metr uzunluğu olan Arif İsmayılov küçələrində aparılan təmir-tikinti işləri son mərhələ üzrə icra olunur. Hər iki küçənin eni ortalama 9 metr təşkil edir.

İşlərin yüksək keyfiyyətlə və nəzərdə tutulan vaxtda yekunlaşması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Səbail rayonu vətəndaşlarının əsas istifadə etdiyi yollar olduğu üçün işlərin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

İnvestisiya proqramına uyğun olaraq, agentlik tərəfindən rayon üzrə təmiri nəzərdə tutulan digər küçələrdə də bərpa işləri həyata keçiriləcək.

Səbail rayonunda iki küçədə təmir işləri davam etdirilir- <span class=

Səbail rayonunda iki küçədə təmir işləri davam etdirilir- <span class=

Səbail rayonunda iki küçədə təmir işləri davam etdirilir- <span class=

Səbail rayonunda iki küçədə təmir işləri davam etdirilir- <span class=

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man