Rəsulzadə və Xocəsən qəsəbələrində 7,5 km küçə və yol təmir edilir - FOTO

Yeniliklər 14 İyun 2021 | 22:45
OXUNUB: 805

2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə, Binəqədi, Sulutəpə və Xocəsən qəsəbələri üzrə ümumi olaraq 15,4 km küçə və yolda yenidənqurma işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bir müddətdir bu istiqamətdə rayonun təmir-tikinti işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, bu çərçivədə rayonun Rəsulzadə qəsəbəsi üzrə ümumi uzunluğu 3 km təşkil edən küçə və yollarda təmir işləri aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Proqrama uyğun olaraq rayonun Xocəsən qəsəbəsi üzrə də 4,5 km uzunluğunda qəsəbədaxili küçə və yolların təmiri davam etdirilir. Burda nəzərdə tutulan işlərin böyük əksəriyyəti yekunlaşdırılıb.

İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Binəqədi qəsəbəsi üzrə 5,3 km, Sulutəpə qəsəbəsi üzrə isə 2,6 km küçə və yolun təmiri işləri icra olunacaq.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man