Samuxda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
Yol qəzaları14 İyun 2021 | 17:49
OXUNUB: 364
Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21011” markalı minik maşını idarəetmənin itməsi səbəbindən yolun kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı 1998-ci il təvəllüdlü Elkamil İbrahimov və Zahid Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.