10 tonluq gülləkeçirməz “Canavar”:Co Bayden bu avtomobildə gəzəcək - FOTO

Maraqlı 13 İyun 2021 | 18:48
OXUNUB: 6654

BBC ABŞ prezidenti Co Baydenin sabah Belçikanın paytaxtı Brüsseldə keçiriləcək NATO liderlər zirvəsinə 10 ton ağırlığında polad, aliminium, titan və keramikadan istehsal edilmiş gülləkeçirməz, zirehli “Cadillac One”də - başqa adıyla 'Canavar-The Beast'-da təşrif buyuracağını dünyaya duyurub. 

“Sherg.az” BBC  Türkcəyə istinadən bildirir ki, bu avtomobil xüsusi olaraq istehsal edilib. Dəyəri 13 milyon dollardır. İçində “yox”, yoxdur.  Avtomobilin qapıları 20 santimetr qalınlığında zirehlə örtülüdür.  Yalnız sürücü qismindəki pəncərə açılır. Brüsseldə NATO zirvəsi səbəbiylə ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb.

 

 

Zirvə toplantısının keçirləcəyi mərkəzə yaxın küçələr, səkilər hərəkətə bağlanıb, hətta kanalizasiya qapaqları möhürlənib.  Bunlar zirvəyə qatılacaq NATO ölkələri rəhbərləri üçün alınan təhülükəsizlik tədbirlərinin yalnız bir hissəsidir. Brüsseldə minlərlə güvənlik əməkdaşı ilə yanaşı ABŞ Kəşfiyyatı və FTB-nin 400 xüsusi təlimli personalı da ABŞ prezidentini qoruyacaq.

 

 Baydenin 2 zirehli avtomobili cümə günü özəl təyyarə reysiylə Brüsselə gətirilib. Bu 2 zirehli avtomobilin dövlət nömrə nişanları eynidir. Məlum məsələdir ki, prezident onlardan birinə minəcək. 2 eyni nömrəli avtomobil təhlükəsizlik məqsədi daşıyır. Prezidentin məhz hansı avtomobildə olması bilinməsin deyə. Yanıldıcı xarakterlə. Baydenin 10 tonluq “Canavar”ı sabotaj və ya yanğın təhlükəsi nəzərə alınaraq dizel yanacağı ilə idarə olunur.

 

 

 Avtomobildə hər hansı yanğın zamanı avtomatik söndürmə sistemi işə düşür. Avtomobilə hücum və ya basqı olarsa ətrafda duman pərdəsi əmələ gətirir, gecə saatlarında belə ətraf 24 saat fasiləsiz müşahidə edilir. Xüsusi şüşələr sayəsində içəridəki adam bayırdakıları rahatca görür, özü isə görünmür. Prezident avtomobilin “keçilməz” hissəsində əyləşir, bayırdakılarla mikrofon vasitəsilə əlaqə saxlayır. Avtomobildə içərisində silah, qaz bombası, gözyaşardıcı qaz olan çanta var. Prezidentin qan qrupuna uyğun qan ehtiyatı, ilk yardım çantası da saxlanılır. Təkərləri vurulacaq olsa belə, avtomobil ən yüksək sürətlə irəliləməyə davam etmək qabiliyyətinə malikdir. Onun əskik cəhəti bir qədər kobud görünüşü və ağırlığıdır. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man