Bakı-Quba yolunda qəza olub  - FOTO

Yol qəzaları 13 İyun 2021 | 10:44
OXUNUB: 1850

Bakı-Quba yolunda qəza baş verib.

APA-nın məlumatına görə, qəza magistralın 27-ci kilometrliyində, yolun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Eyni istiqamətdə hərəkətdə olan “BMW” markalı avtomobil qarşıda olan “Volksvagen” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “Volksvagen” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini dəmir arakəsməyə çırpıb. “BMW” markalı avtomobil isə ərazidə yeni inşa olunan körpünün beton piltəsinə dəyib. Hər iki avtomobilə ciddi ziyan dəysə də, ciddi xəsarət alan olmayıb.

Əraziyə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

undefined

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man