Fransada təyyarə qəzaya uğrayıb, ölənlər var

Yol qəzaları 13 İyun 2021 | 09:14
OXUNUB: 475

Fransanın şimalındakı O-de-Frans bölgəsində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, nəticədə üç nəfər ölüb.

Bu barədə “Voix du Nord” qəzeti məlumat yayıb.

Məlumata görə, turizm təyyarəsi şənbə günü günortadan əvvəl Vambreşi kommunasında qəzaya uğrayıb. Qəza təyyarə Bondü aerodromundan havaya qalxdıqdan bir qədər sonra baş verib. Vambreşidə təyyarə yerli restoranlardan birinin yaxınlığında yerə düşüb.

“Təyyarədə Bezyedən olan bir ailə var idi, onlar dünən gəliblər və Belçikadakı qohumlarını görmək üçün uçurdular”, - deyə qəzet Vambreşinin meri Sebastien Bronyarın sözlərini sitat gətirib.

Yerli sakinlər, qəzetin qeyd etdiyi kimi, təyyarənin düşməzdən əvvəl mühərrikinin necə qeyri-adi bir "yüksək səs" çıxardığını eşitdilər./apa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man