Avtomobillərin də yaşaya biləcəyi ev satışa çıxarıldı - FOTO

Maraqlı 12 İyun 2021 | 13:14
OXUNUB: 581

ABŞ-da maşınların da yaşaya biləcəyi ev satılır. Bu ev Pensilvaniya ştatında realtor səhifələrinin birində satışa çıxarılıb.
Avtosfer.az bildirir ki, ilk baxışdan adi evə bənzəyən mülkün sahəsi 1200 hektardır. Burada bir neçə gəzinti parkuru, kvadraçıkl sürmək üçün meydança, sazanlardan ibarət gölməçə və it gəzdirmək üçün sahə görmək mümkündür.  

Tam mənası ilə demək olar ki, bu mülkdə bir avtomobil kolleksiyoneri yaşayıb, çünki evdə 400-ə yaxın avtomobilin yerləşdirilə biləcəyi qədər sahə var. Evin birinci mərtəbəsinin 487 kvadrat metr sahəsi qaraj kimi istifadə olunur. 

Binanın içində isə avtosalonu xatırladan bir güşə var. Mətbəx və qonaq otağınının divarını şüşə ilə əvəz edən ev sahibi burada sevdiyi avtomobilləri nümayiş etdirmək və eyni zamanda çöldəki maşınları da izləmək üçün bir şərait yaradıb. 

Ev sahibi mülkünü 1,75 milyon dollara satmağı düşünür. Bundan əlavə igamətgahı alan şəxs sahəni zəbt etdiyi üçün hər ay elavə olaraq 7 min dollar ödəməlidir.

Aysel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man