Kuryer tək təkərli skuterlətəhlükəli anlar yaşatdı - VİDEO

Maraqlı 11 İyun 2021 | 11:00
OXUNUB: 868

Rusiyanın Sank-Peterburq şəhərində kuryer kimi çalışan gənc sifarişi daha tez ünvana çatdırmaq üçün yeni bir üsula əl atıb.
Avtosfer.az xəbər verir ki, kuryer tək təkərli skuterlə yolun ortasında heç bir təhlükəsizlik qaydalarına əməl etmədən sifarişi müştəriyə aparmağa çalışıb. Görüntüləri lentə alan avtomobil sürücüsünün sürət göstəricisindən bəlli olur ki, kuryer 50 km/saat-dan daha sürətli hərəkət edir. Başına qoruyucu dəbilqə belə taxmayan və avtomobilləri tez-tez ötüb keçməyə çalışan kuryer görünür ki, ölümə tələsir. 
Qeyd edək ki, ölkəmizdə də bu cür hallara rast gəlmək mümkündür. Velosiped, skuter və s. kimi vasitələrdən istifadə edilməsi həm ekoloji cəhətdən sağlam, həm də tıxacların qarşısının alınması  üçün yaxşı bir çıxış yoludur. Amma bu kimi vasitələrdən istifadə edərkən çox zaman təhlükəsizlik qaydalarına əməl edilmir, yolda sürücülərə təhlükə şəraiti yaradılır.
Bu kimi vasitələrdən istifadə edərkən dəbilqə taxılmalı, yolun sağ hissəsi ilə hərəkət edilməli, avtomobillərlə ara məsafəsi saxlanılmalı, sürət həddinə diqqət yetirilməlidir. 

Aysel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man