Bu rayonda iki küçə əsaslı təmir olunur - FOTO

Yeniliklər 11 İyun 2021 | 11:12
OXUNUB: 613

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Xətai rayonunda təmirə ehtiyacı olan, ümumi uzunluğu 11,4 km təşkil edən küçə və yollarda təmir-tikinti işlərini davam etdirir.

Bu barədə Avtosfer.az-a qurumdan bildirilib.

Məlumata görə, bu çərçivədə Kazımağa Kərimov və Xudu Məmmədov küçələri əsaslı şəkildə təmir edilir. Təmir-tikinti işləri Xətai rayonu üzrə əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda aparılır. Cari ilin İnvestisiya Proqramına uyğun olaraq Xətai rayonu üzrə təmir-tikinti işlərinin aparıldığı növbəti ərazilər Kazımağa Kərimov və Xudu Məmmədov küçələridir. Uzunluğu 2,1 km, eni ortalama 8-10 metr təşkil edən Kazımağa Kərimov küçəsi uzun müddət istismar olunduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunub. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla icra olunur. Təmir zamanı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib. Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.

Ümumilikdə tikintinin aparılacağı ümumi sahə 24 min kv.m-dən çoxdur. Yuxarıda qeyd edilən təmir işləri artıq ərazinin 17 min kv.m-lik hissəsində yekunlaşmaq üzrədir. Hazırda Xətai rayonu üzrə təmir-tikinti işləri rayonun yol infrastrukturu baxımından ən işlək küçələrindən hesab olunan, keçdiyi ərazidə mühüm əhəmiyyətə malik Xudu Məmmədov küçəsində də aparılıb. Sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 2,1 km, eni isə ortalama 20 metrə qədər təşkil edir ki, burada da küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Sonuncu mərhələdə isə hər iki küçə boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün sözügedən ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Sözsüz ki, cari ildə İnvestisiya Proqramına uyğun olaraq Xətai rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Ümumiyyətlə isə Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində ümumi uzunluğu 41,5 km uzunluğunda olan 32 adda küçə və yolda təmir-tikinti işləri görüb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man