Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1992-ci il təvəllüdlü Qasımov Yaqub Yüsif oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man