Yeni “Windows” sisteminin adı açıqlanıb

Yeniliklər 08 İyun 2021 | 21:17
OXUNUB: 1211

“Microsoft” korporasiyası “Windows 11” əməliyyat sistemini buraxmağa hazırdır. Bu barədə məşhur bloger Evan Blassın “Twitter” səhifəsində deyilir.
Blogerin sözlərinə görə, “Microsoft” korporasiyasının növbəti əməliyyat sistemi “Windows 11” adlanacaq. Sistemin istənilən yenilənməsi bu şəkildə adlandırılsa da, bloger qeyd edib ki, “Windows 11” sistemin böyük yeniləməsinin şərti deyil, dəqiq adıdır. Beləliklə, E.Blas yeni nəsil əməliyyat sisteminin buraxılışını təsdiqləyib. “Microsoft” əməliyyat sisteminin nömrəli versiyasına yeni dizaynlı interfeysi özündə birləşdirən “Sun Valley” adlı böyük yeniləmənin daxil olacağı gözlənilir. E.Blassın paylaşımına şərhlər yazan istifadəçilər vurğulayıb ki, bir müddət əvvəl “Microsoft” rəhbəri Satya Nadella “Windows 10”un şirkətin sonuncu nömrəli əməliyyat sistemi olacağını deyib.
“Microsoft” yeni nəsil “Windows” sisteminin buraxılacağını mayın sonunda açıqlayıb. Onun təqdimatı iyunun 24-nə planlaşdırılır./“ICTnews”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man