Bakıda maşın satmaq adı ilə 11 nəfəri aldadan şəxs saxlanıldı - FOTO - VİDEO

Nəqliyyat TV 08 İyun 2021 | 12:31
OXUNUB: 12346

Bakı şəhərində vətəndaşların etibarından sui-istifadə edərək onları aldadan və pullarını ələ' keçirən şəxs saxlanılıb. Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini əvvəllər Cinayət Məcəlləsinin 178-ci, yəni, dələduzluq maddəsi ilə məhkum olunan Əhməd Cəfərov tutulub. Araşdırma zamanı onun Binəqədi rayonunda 5, paytaxtın digər rayonlarında isə 6 nəfəri dələduzluq edərək aldadıb pullarını ələ keçirdiyi məlum olub.

Qeyd edək ki, Əhməd Cəfərov ifadəsində zərərçəkənlərə kreditlə avtomobil satacağı vədi verib onların etibarından sui-istifadə edərək aldatdığını bildirib.

Saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Əhməd Cəfərov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun digər qanunsuz əməllərinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man