Whatsapp-dayeni funksiyalar məlum olub

Yeniliklər 07 İyun 2021 | 20:33
OXUNUB: 901

Yaxın gələcəkdə Whatsapp-ın bir neçə cihazda çalışması imkanı reallaşdırılacaq.
Bu üsul ilə bir istifadəçi hesabına dörd müxtəlif cihazı qoşmaq mümkün olacaq. Bununla yanaşı tərtibatçılar avtomatik silinən mesajların funksionallıqlarını da genişləndirəcəklər.

Mark Zuckerberg öz müsahibəsində bildirib ki, messencerin bir neçə cihazda çalışması imkanı yaxın zamanda istifadəçilərə təqdim olunacaq. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, iPad planşetləri üçün Whatsapp-ın xüsusi versiyası üzərində də işlər gedir.

Messencerin tərtibatçılar komandası avtomatik silinən mesajlar funksiyasını genişləndirmək niyyətindədir. Belə ki, onlar avtomatik olaraq silinən foto və videoları da reallaşdırmağı hədəfləyiblər. Bununla belə bu funksiya Instagram-da reallaşdırılmış avtomatik silinmə funksiyasına bənzəyərəcək. Yəni avtomatik silinmədən öncə fotonu əldə edəcək şəxs ona bir dəfə baxa biləcək. Bu yeni funksiyalar yaxın 1-2 ay ərzində Whatsapp-ın ictimai beta versiyasında istifadəyə verilməlidirlər./milli.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man