Bakıda “Ukrayna” dairəsində qəza hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu dəfə qəza şəraitini yaradan “Chevrolet Cruze” markalı taksinin sürücüsü olub. Belə ki, dairəyə daxil olan 90-OA-586 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü dairəni tərk edən digər avtomobilə yol verməyərək toqquşmaya səbəb olub. Hər iki avtomobilin sürəti aşağı olduğundan qəza ağır nəticələnməyib.
Xatırladaq ki, ötən ay elə məhz bu nöqtədə daha bir qəza baş vermişdi. Yenə dairəyə daxil olan taksi sürücüsü digər avtomobilə yol vermədiyi üçün onun aşmasına səbəb olmuşdu.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man