Biləsuvar və Cəlilabadda reyd keçirilib, sürücülər cərimələnib - FOTO

İctimai nəqliyyat 07 İyun 2021 | 10:50
OXUNUB: 714

Biləsuvar və Cəlilabadda yollarda piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən piyadaların daha sıx istifadə etdiyi yollarda, təhsil, tibb və digər müəssisələrin qarşısında təşkil olunan tədbirlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyən piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb.

Həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi izah edilib. Edilən xəbərdarlıqlara rəğmən piyada keçidlərindən istifadə etməməklə özlərinin həyatı ilə bərabər digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan piydalar barəsində inzibati protokol tərtib olunub.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar növbəti profilaktiki tədbir keçirilib. Yol polisi əməkdaşları şəhərin müxtəlif nöqtələrində dayanma-durma və parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktiki söhbətlər aparıb.

Qaydaları pozan sürücülər barəsində inzibati protokol tərtib olunub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man