Pakistanda qatarlar toqquşub, 36 nəfər həlak olub,50 nəfər xəsarət alıb - FOTO - VİDEO

Yol qəzaları 07 İyun 2021 | 10:18
OXUNUB: 701

Pakistanda iki qatarın toqquşması nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb. Report xəbər verir ki, bu barədə “Samaa TV” telekanalı xilasedicilərə istinadən məlumat yayıb. Məlumata görə, qəza zamanı 14 vaqon çevrilib. Eyni zamanda 8 vaqon tamamilə sıradan çıxıb.

Qeyd edək ki, hadisə ölkənin cənubunda qeydə alınıb. Sərnişin qatarları Sind əyalətində, Qotki rayonunda dəmiryol stansiyasında toqquşub.

07:20

Pakistanda iki qatar toqquşub.

Report xəbər verir ki, bu barədə yerli "ARY News" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənubunda qeydə alınıb. Qəza nəticəsində azı 30 nəfər həlak olub.

Telekanalın məlumatına görə, sərnişin qatarları Sind əyalətində, Qotki rayonunda dəmiryol stansiyasında toqquşub. Dəmiryol idarəsinin nümayəndəsi qeyd edib ki, relsdən çıxmış qatar digər qatara çırpılıb.

Yerli hakimiyyət orqanının təmsilçisi Usman Abdulla qəza zamanı azı 30 nəfərin öldüyünü təsdiqləyib. O, qeyd edib ki, daha bir neçə nəfər vaqonların dağıntıları altında qalıb.

TV9 Hindi telekanalı isə bildirib ki, qəza zamanı 33 nəfər həlak olub, daha 50 nəfər xəsarət alıb.

Hadisə yerinə polis və xilasedicilər cəlb edilib. Qatarların toqquşmasından sonra bu ərazidə qatarların hərəkəti dayandırılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man