Qazaxın 7 kəndi ilə bağlı məsələ Paşinyanla Qasparyanı üz-üzə qoydu: “Qulaq as, Nikol, tərbiyəsizlik eləmə!..”

05 İyun 2021 | 16:34
OXUNUB: 3239
Ermənistanın məğlub silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi Onik Qasparyan baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanı "tərbiyə sərhədlərini keçməməyə” çağırıb. Qasparyan Paşinyanın onu və bəzi keçmiş generalları "Köçəryan və Sərkisyanın buklet paylayanları” adlandırmasına cavab olaraq belə deyib.

"Hörmətli həmvətənlər, mən Ermənistanın baş naziri vəzifəsini tutan adamın bəyanatına cavab vermək məcburiyyətindəyəm. Heç vaxt məsuliyyətdən yayınmamışam, öz yoldaşlarımın və tabeçiliyimdə olanların çiyinləri arxasında gizlənməmişəm, öz fəaliyyətimə görə cavab verməyə hazıram. Əminəm ki, hakimiyyətin dəyişməsindən sonra obyektiv təhqiqat aparılacaq, hər bir vəzifəli şəxs layiq olduğu cəzanı alacaq.

Qulaq as, Nikol, tərbiyə sərhədlərini keçmə. Mən bilirəm ki, sən ucuz şouların böyük ustasısan və dövləti qətiyyən idarə edə bilmədiyini əsassız bəyanatlarla ört-basdır etmək istəyirsən. Yeri gəlmişkən, buklet paylamaq səndə daha yaxşı alınır (hərçənd metroda bu bukletlərə görə periodik olaraq sifətindən zərbə alırsan)”,-Onik Qasparyan bildirib.
 
Qaspryan Qazaxın işğal edilmiş 7 kəndinin qaytarılması barədə bəndin 10 noyabr üçtərəfli bəyanatının mətnində yer alması, daha sonra çıxarılması haqda da danışıb. Deyib ki, həmin bəyanat mətni müzakirə olunanda Paşinyana bunun "diplomatik fənd” olduğunu bildirib. Hesab edib ki, bənd mətnə "alver məqsədi” ilə daxil edilib və Qarabağ məsələsinə birbaşa dəxli yoxdur. Qasparyanın sözlərinə görə, Milli Təhlükəsizlik Xidmətinin o vaxtkı rəhbəri Armen Abazyan həmin bəndin çıxarılmasına nail olub…

Qeyd edək ki, Paşinyan Artaşat şəhərində tərəfdarları ilə görüşündə bu haqda danışıb. Deyib ki, Baş qərargah rəisi Qazaxın 7 kəndinin qaytarılmasını da nəzərdə tutan mətnin imzalanmasını istəyib. "Mən isə dedim ki, əllərimi kəsərəm, amma imzalamaram. Buna bir yox, iki yox, neçə adam şahiddir”,-o bildirib.
 
(virtualaz.org)  
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man