Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində, əhali tərəfindən "Vaz dairəsi" adlandırılan ərazidə tez-tez müşahidə olunan nəqliyyat ləngimələrinin aradan qaldırılması məqsədilə bir sıra yenidənqurma və təmir işləri həyata keçirilib.
Belə ki, magistral avtomobil yolundan Saray-Novxanı istiqamətində ayrılan yol bir hərəkət zolağı enində genişləndirilib, həmçinin magistral yolun üzərindəki körpünün hər iki tərəfində Novxanı qəsəbəsi, eləcə də Xırdalan şəhəri istiqamətində mövcud hər iki dairənin həndəsi ölçüləri kiçildilərək yeri dəyişdirilib. Eyni zamanda Novxanı qəsəbəsindən gələn yol dairədən Sumqayıt istiqamətinə genişləndirilmiş və nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkəti təmin edilib.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru polis baş leytenantı Toğrul Nəsirli Avtosfer.az-a açıqlamasında bildirib ki, Saray-Novxanı istiqamətində olan avtomobil yolunun Saray qəsəbəsinə ayrılan hissəsində müvafiq nişanlanma işləri aparılmış, siqnal dirəkləri vasitəsilə nəqliyyat axını kanallaşdırılaraq təhlükəsiz hərəkət şəraiti yaradılıb. O cümlədən, Saray-Novxanı və dairədən Sumqayıt şəhəri istiqamətinə ayrılan avtomobil yol sahələri təhlükəsizlik çəpərləri ilə təmin edilib. Həmçinin Masazır-Novxanı avtomobil yolunun təmirə ehtiyacı olan 180 metr yol sahəsində təmir işləri başa çatdırılıb və hərəkət üstünlüyünü müəyyənləşdirən məlumatverici-göstərici və digər müvafiq yol nişanları quraşdırılıb. Lazımi nişanlanma xətləri çəkilərək hər istiqamətdə 3 hərəkət zolağı olmaqla təhlükəsiz hərəkət təşkil olunmuşdur.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man