Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Binəqədi rayonunda qeydə alınıb. Yolu keçən 2007-ci il təvəllüdlü Əsgərli Humay İlyas qızını vurub. Yaralı yeniyetmə təcili yardımın köməkliyi ilə paytaxtda yerləşən özəl xəstəxanaların birinə çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.