Yol polisindən nümunəvi xidmət; yolda qalan avtomobili belə təmir etdilər - VİDEO

İctimai nəqliyyat 04 İyun 2021 | 00:30
OXUNUB: 3465

Bu gün axşam saatlarında Bakı-Şamaxı yolunda xidmət aparan yol polisləri yolda qalan sürücünün köməyinə gəlib. Avtosfer.az xəbər verir ki, “VAZ” markalı avtomobil texniki nasazlıq səbəbindən yolda qalıb. Bu zaman ərazidə xidmətdə olan Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 3-cü tağımının komandiri, polis mayoru Ürfət Şükürov və digər iki əməkdaş həmin avtomobilə yaxınlaşıb. Məlum olub ki, maşında ailə var, onlardan ikisi azyaşlı uşaqdır. Dərhal hərəkətə keçən yol polisi əməkdaşları avtomobildəki texniki problemi həll etməyə başlayıb. Onlardan biri YPX avtomobili ilə detal almağa gedib. Digərləri isə yolda hərəkətin təhlükəsizliyini təmin edib. Xeyli vaxt sərf edən yol polisləri nəhayət, detal alaraq usta gətiriblər. Bir qədər sonra isə avtomobili təmir edərək ailəni yola salıblar.

Sürücü göstərdikləri köməkliyə görə yol polislərinə təşəkkürünü bildirib. Tağım komandiri Ürfət Şükürov sürücüyə tövsiyələr verərək yolda diqqətli olmağın və təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini diqqətə çatdırıb. "Vətəndaşlara xidmət etmək bizim borcumuzdur" deyən tağım komandiri bildirib ki, köməyə ehtiyacı olan hər bir vətəndaşın yanında olmaq polisin vəzifə borcudur.

Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man