“Paşinyan Azərbaycanla münasibətlərə üstünlük verən kadrı seçəcək” – XİN rəhbəri kim olacaq?

01 İyun 2021 | 17:07
OXUNUB: 2341
"Paşinyan XİN rəhbərliyinə Azərbaycanla münasibətlərə üstünlük verən kadrı gətirəcək”.

Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanda qısa zamanda Zöhrab Mnatsakanyan və Ara Ayvazyanın timsalında iki xarici işlər nazirinin istefa verməsinə münasibət bildirərkən politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, baş verənlər Ermənistan XİN-nin Paşinyanın siyasətini sabotaj etməsindən qaynaqlanır: "Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyanın seçki öncəsi apardığı siyasətin bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən sabotaj edildiyinin şahidi oluruq. Paşinyanın Azərbaycan və Türkiyə ilə bağlı müəyyən strategiyası var ki, XİN rəhbərliyindən gedən Ara Ayvazyan ona qarşı çıxırdı.  Keçmiş XİN rəhbəri Ermənistan-Azərbaycan münasibətlərini qızışdıran mövqe sərgiləyirdi. Paşinyan ötən həftə Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiyası məsələsilə bağlı sənədlərə imza atacağını qeyd edib. Ayvazyan isə ona qarşı çıxdı, hətta o, 10 noyabr bəyanaməsindən xəbərinin olmadığını deyən əvvəlki nazir Mnatsakanyan kimi, sözügedən sənəd barədə məlumatsız olduğunu bildirib”. 
 
M. Əsədullazadəyə görə, Paşinyan Ayvazyana ümumiyyətlə etibar etməyib: "Bu nazirlik hökumətin ümumi işinə maneə olurdu. Nəticədə XİN-də ümumən Robert Köçəryanın siyasətinə uyğun siyasətə üstünlük verənləri Paşinyan istefaya məcbur etdi”.

Politoloq düşünür ki, Paşinyan XİN rəhbərliyinə Azərbaycanla münasibətlərə üstünlük verən siyasətinə uyğun kadrları gətirəcək.
 
Rüfət SULTAN
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man