"Tesla"6 minə yaxın avtomobili geri çağıracaq

Nəqliyyat xəbərləri 02 İyun 2021 | 17:15
OXUNUB: 1033

"Tesla Inc." şirkəti ABŞ-da 5 970 elektrik avtomobili geri çağıracaq.

Avtosfer.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, avtomobillərin geri çağırılmasının əsas səbəbi nəqliyyat vasitələrinin əyləc sistemində yaranan nasazlıqdır. Belə ki, sözügedən avtomobillərin əyləc supporlarının boltlarının yaxşı bərkidilməməsi üzə çıxıb.

Faktı təsdiqləyən ABŞ-ın Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin məlumatında bildirilir ki, geri çağırılacaq modellər arasında "Tesla"nın 2019-2021-ci illərin buraxılışı olan "Model 3" və 2020-2021-ci illərin buraxılışı olan "Model Y" modelləri olacaq.

Xatırladaq ki, bu ilin fevral ayında şirkət ABŞ-da 135 min "Model S" və "Model V" avtomobillərini geri çağırmışdı. Sözügedən modellərinin kütləvi geri çağırılmasının səbəbi avtomobillərin "touch screen"lərinin qüsurlu olması göstərilmişdi.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man