Sərhədlərin müəyyənləşməsi prosesinə Türkiyə də qatılmalıdır – “Rusiyanın təkbaşına iştirakı...”

31 May 2021 | 12:09
OXUNUB: 3172
"Sərhədlərin müəyyənləşməsi Azərbaycan, Ermənistan, Türkiyə və Rusiyanın iştirakı ilə, konkret işçi qrafiki müəyyən olunan dördtərəfli kommisiyanın yaradılması yolu ilə həll edilməlidir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Rusiyanın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə Moskva, Bakı və İrəvandan ibarət üçtərəfli kommisiyanın yaradılması təklifinə münasibət bildirərkən QAFSAM-ın rəhbəri Araz Aslanı deyib.

Həmsöhbətimiz qeyd edib ki, burada əslində ən yaxşı variant prosesdə kənar vasitəçilər olmadan Azərbaycanla Ermənistanın birlikdə qərar verməsi olardı: "İki dövlətin özünün mədəni şəkildə öz sərhədlərini müəyyən etməsi daha məqbul olardı. Amma təəssüf ki, Ermənistanın timsalında belə bir mədəni davranışı görmürük. Ermənistan ərazi iddialarını, aqresiv və işğalçılıq siyasətini davam etdirir. Artıq hərbi yolu tətbiq etmək istəmədiyindən Azərbaycan məcburdur ki,  sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə hansısa kənar dövlət və ya dövlətləri də cəlb etsin”.
 
Həmsöhbətimizin fikrincə, ən arzulanan variant prosesdə Rusiya ilə Türkiyənin birlikdə iştirakıdır: "SSRİ dövrünün xəritələri Azərbaycan və Ermənistanda da var. Amma mübahisəli halların aradan qaldırılması məqsədilə Rusiyanın da prosesdə iştirakı zərurəti yaranıb. Lakin indiyə qədərki təcrübə göstərir ki, Rusiyanın iştirak etdiyi proseslərdə beynəlxalq hüquq və regional reallıqlar bir kənara qoyulur. Ona görə də prosesdə Rusiyanın tək deyil, Türkiyə ilə birgə iştirakı arzuolunandır”.
 
A. Aslanlı onu da bildirib ki, sərhədlərin birdəfəlik aydınlaşdırılması xüsusən Ermənistana lazımdır: "Sonradan baş verə biləcək lazımsız təşəbbüslər Ermənistanın özünə ağır zərbə vuracaq və regionda sülh və əməkdaşlıq mühitini zəiflədəcək”.
 
Rüfət SULTAN
 
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man