Gəncədə yük və minik avtomobilləri toqquşub - FOTO
Yol qəzaları01 İyun 2021 | 15:41
OXUNUB: 566
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “DAEWOO” markalı minik maşını ilə “KaMaZ” markalı yük maşını toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, minik maşınına ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.