Paşinyan, Köçəryan, yoxsa Ter-Petrosyan? – Bizə Ermənistanda hansının hakimiyyətə gəlməsi sərfəlidir?

31 May 2021 | 12:00
OXUNUB: 4253
Bəzi mütəxəsisslər belə hesab edir ki, Ermənistanda keçirilən iyun seçkilərində Köçəryanın qalib olması Ermənistanın bütünlüklə Rusiyanın işğal dairəsinə düşməsi ilə nəticələnəcək. Nikol Paşinyanın hakim mövqedə qərarlaşması isə vəziyyəti dəyişəcək.
 
Maraqlıdır, görəsən Nikol Paşinyan baş nazir seçilərsə Ermənistanın daxili və xarici siyasətində hansı dəyişikliklər ola bilər? Ümumiyyətlə, namizədlərdən hansı Azərbaycan üçün nisbətən uğurlu sayıla bilər?

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Zaur Məmmədov Paşinyanın hakimiyyətə gəlməsinin Ermənistan-Türkiyə münasibətlərinə təsir edəcəyini bildirib:
"Rusiya-Ermənistan münasibətləri Qarabağ münaqişəsinə birbaşa təsir edən məqamlardandır. Ona görə də Rusiya-Ermənistan münasibətlərinin əvvəlki kimi isti olması yaxşı hal deyil. Birmənalı şəkildə deyə bilərik ki, Paşinyan istisna olmaqla Ermənistanda Rusiya ilə uzaqyönlü siyasət yürüdə biləcək namizəd yoxdur.
 
44 günlük müharibədən sonra Ermənistanın Rusiyadan asılılığı daha da artıb. Hətta Zəngəzurla sərhəddə Rusiya hərbçiləri görünməkdədir. Ermənistanda hər kəs bilir ki, ölkələrinin gələcəyi üçün Rusiya çox vacibdir və buna görə də onlar Moskva ilə siyasətin uğurlu olmasının zəruriliyini başa düşməkdədirlər. Lakin Ermənistanın Rusiyadan asılı olmasına baxmayaraq, Yerevanda bəzi qüvvələr var ki, Rusiya ilə məsafəli davranışın və zamanala uzaqlaşmaq siyasətin tərəfadırıdırlar. Bu niyyətdə olan qrup isə Paşinyan və onun ətrafıdır. Düzdür, bu barədə Paşinyanın açıqlaması yoxdur. Lakin digər namizədlərə baxdıqda Paşinyanda Qərbə inteqrasiya və Türkiyə ilə sərhdələrin açılmasına meyilillilik sezilir".
 
Politoloqun sözlərinə görə, Nikol Paşinyan və Levon Ter-Petrosyanın hakim mövqedə olması Azərbaycanın maraqlarına daha çox uyğun olacaq: "Paşinyan iyun seçkilərində qalib gələrsə, birmənalı olaraq biz Ermənistanın tədricən Rusiyadan uzaqlaşmasını görəcəyik. Odur ki, Rusiya cəhd edəcək ki, Paşinyan koalisiyon hökuməti qursun və istədiyi kimi hərəkət edə bilməsin. Koalisiyon hökumətin qurulması isə Azərbaycan üçün əlverişli deyil. Azərbaycan üçün Ermənistanda vahid, bir partiyanın liderliyi ilə hökumətin qurulması vacibdir ki, sabitlik olsun və Azərbaycan- Ermənistan arasında digər məsələlər zamanla, problemsiz həll olsun. Hər bir halda siyasi partiylara içərisində Nikol Paşinyan və Levon Ter-Petrosyanın hakim mövqedə olması daha uyğundur çünki onlar Qarabağda birbaşa olaraq döyüşlərdə iştirak etməyiblər və onların baxış bucağı Robert Köçəryanla Qarabağ ermənilərinin baxış bucağından daha mülayimdir".
 
Əzizə Zeynal
Sfera.az
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man