Ölkənin 7 böyük şəhərinin küçələri müasir sistemlərlə işıqlandırılacaq. Layihə işıqlandırması olmayan və ya yeni salınan küçələri əhatə edəcək. Vahid idarəetmə sistemi ilə quraşdırılan bu sistemlər bir sıra xüsusiyyətlərinə görə əvvəlkilərdən üstündür. Bakı Abadlıq Xidmətinin İşıqlandırma layihəsinin rəhbəri Vüqar Müfidzadənin sözlərinə görə, Bakı şəhəri üzrə 11 rayonun küçə və prosepekində yeni işıq sistemi qurraşdırılıb. Sumqayıtda da şəhərin özü, mikrorayonlar və ətraf qəsəbələrin işıqlandırılması həyata keçirilib. Bir neçə gün öncə isə 7 şəhərdəki küçələrin müasir sistemlərlə işıqlandırılması barədə razılığa gəlinib. Bu dəfə də layihə işıqlandırması olmayan və ya yeni salınan küçələri əhatə edəcək.
Vüqar Müfidzadə bildirib ki, vahid idarəetmə sistemi ilə quraşdırılan bu sistemlər bir sıra xüsusiyyətlərinə görə əvvəlkilərdən üstündür.
Bölgələrdəki işıqlandırma işlərinə yaxın vaxtlarda başlanacaq.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man