Bakıda kamera qoyulan bu yolda qəza riski artdı - TƏFƏRRÜAT - VİDEO

Nəqliyyat xəbərləri 31 May 2021 | 22:13
OXUNUB: 5233

Bakıda sürücülərin kütləvi şəkildə qayda pozduqları Ziya Bünyadov prospektinin "çermet" körpüsü kimi taninan hissəsində kamera quraşdırılması ilə bağlı bir neçə gün əvvəl xəbər vermişdik.

Kameranın həmin ərazidə quraşdırılmasında məqsəd sürücülərin qayda pozmalarının və qəzaların qarşısını almaq idi. Amma indi həmin ərazidə daha böyük bir problem yaranib.

''Baksol yolu'' kimi tanınan ərazidən çıxan sürücülər üçün həmin yolda qəza riksi  artıb.

Avtomobil prospektə çıxan kimi sürətin saatda 90 kilometr olduğu yola girir. Bu da yolda hərəkət iştrakçıları üçün olduqca təhlükəli vəziyyət yaradır. Demək olar ki, ''baksol yolu''ndan Ziya Bünyadov prsopektinə çıxan bütün sürücülər təhlükə ilə üz-üzədirlər. Səbəb bir neçə gün əvvəl ''çermet'' körpüsü yaxınlığında quraşdırılan kameradır.

Sürücülər iddia edirlər ki, bu kamera quraşdırıldıqdan sonra həmin ərazidə yol hərəkətinin təşkili düzgün nizamlanmayıb.

Qeyd edək ki, iki sürücü ''baksol yolu''ndan ''20 yanvar'' istiqamətində gedərkən məcbur qalıb qayda pozduqları üçün 40 manat cərimə olunublar.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı da həmin ərazidə yol hərəkətinin təşkilində dəyşkiliyin vacib olduğunu bildirib.

Sürücülərin üzləşdiyi problemlə bağlı Bakı Nəqliyyat Agentliyindən ''Xəzər Xəbər''ə bildirilib ki, həmin ərazidə təhlillər aparılıb və hərəkətin təşkili düzgündür.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man