Dünən səhər saatlarında Bakı-Sumqayıt yolunda – Ekologiya postunun yaxınlığında zəncirvari yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, “Mercedes” markalı, 99 UY 335 dövlət nömrə nişanlı avtomobil yolun hərəkət hissəsində dayanıb. Bu zaman arxadan gələn “Nissan” markalı, 90 OS 731 dövlət nömrə nişanlı avtomobil “Mecedes”ə çırpılıb. Bunun ardınca “VAZ”, “Ford”, “Mitsubishi” və “Kia” markalı avtomobillər də onlara çırpılaraq zəncirvari qəzaya düşüblər. Hadisə zamanı ölən və yaralanan olmasa da, avtomobillərə maddi ziyan dəyib.
Hadisənin bir avtomobildəki texniki nasazlıq ucbatından yolun hərəkət hissəsində məcburi dayanma ucbatından baş verib-vermədiyi araşdırılır. Hər halda, “Mercedes”in sürücüsü ilkin ifadələrində belə deyib. Hər bir halda bu məsələ barədə ciddi araşdırmaya ehtiyac var.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır: "Sürücülər yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamalıdır. Eyni zamanda nəzərə almalıdırlar ki, nasazlıq baş verdikdə belə avtomobili yolun hərəkət hissəsindən mümkün qədər tez kənarlaşdırmaq lazımdır. Əks halda ağır qəzalar qaçılmaz olur. Bir nəfərin məsuliyyətsizliyi, avtomobilin texniki sazlığına əməl etməməsi digər 5 sürücünün bir neçə gün avtomobilsiz qalmasına, onlara maddi zərər vurulmasına gətirib çıxardı".
Elmin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man