Avtosfer.az saytının Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə həyata keçirdiyi “Qaydalar hamı üçündür” layihəsinin buhəftəki qonağı müğənni Vasif Məhərrəmli oldu. Avtosfer.az-ın əməkdaşı ilə birgə Bakı yollarında maşın sürən əməkdar artist həm günümüzdə onu yollarda narahat edən məsələlərdən danışdı, həm də digər sürücülərə örnək ola biləcək fikirlər səsləndirdi.
“Qanunun qarşısında boynumuz qıldan incədir”- deyən Vaisf Məhərrəmli bu gün buna əməl etməyənləri də qınaq atəşinə tutdu.
Müğənni düşünür ki, yollarda ən təhlükəli qayda pozuntusu qırmızı işıqda yolu keçməkdir. Bununla yanaşı o, şəhərdə köhnə avtomobil idarə edənlərin ətrafa və qəza zamanı bahalı avtomobillərə vurduğu zərərdən də danışdı.
Qadın sürücülərdən bir xeyli şikayətlənən Vasif Məhərrəmli avtomobili yaxşı sürməyən xanımların ünvanına birmənalı qarşılanmayacaq fikirlər də səsləndirdi:
“Sürücülüyə yeni başlayan xanım sürücünün üzünü görmə".
Vasif Məhərrəmli həm onu sevənlərə, həm də onu bir tanınmış sima olaraq nümunə götürənlərə bir daha qaydaların hamı üçün bir olduğunu xatırlatdı.
Kiçik bir qayda pozuntusu bir ömrə bədəl olmasın deyə gəlin qaydalara əməl edək, yollarda diqqətli olaq.
Buyurun izləyin.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man