Paytaxtın Binəqədi rayonu ərazisində sürücü ilə sərnişin arasında mübahisə düşüb. Hadisəni avtobusdakı sərnişinlərdən biri anbaan videoya çəkərək redaksiyamıza göndərib.
Avtosfer.az">Avtosfer.az-a məlumat verən oxucu bildirib ki, hadisə sürücünün dayanacaqdan kənarda dayanmadığına görə baş verib. Belə ki, mübahisə edən şəxsin həyat yoldaşı avtobus sürücüsünə dayanacaqdan kənarda saxlamağı tələb edib. Lakin sürücü bunun qanunazidd olduğunu bildirərək avtobusu qarşıdakı dayanacaqda saxlayıb.
Bundan əsəbiləşən xanımın həyat yoldaşı növbəti reysdə sürücünün qarşısını kəsərək onun ünvanına nalayiq söyüşlər söyməyə başlayıb. Avtobus sürücüsü isə səbir nümayiş etdirərək qanunun tələblərini izah etməyə çalışıb.
Sözügedən videogörüntünü təqdim edirik:
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man