Yol polisinə əl-qol atan sərnişin həbs edildi, sürücünün işi məhkəməyə göndərildi - VİDEO

İctimai nəqliyyat 29 May 2021 | 23:13
OXUNUB: 9741

Bu gün bəzi kütləvi informasiya vasitələrində  yol polisinin sərnişini döyməsi ilə bağlı informasiya yayılıb. Məlumatda qeyd olunur ki, Yevlax şəhərində xidmət aparan yol polisi əməkdaşları "VAZ 21099" markalı avtomobili təqib edib və həmin zaman avtomobildən düşən sərnişinlə polis əməkdaşı arasında mübahisə yaranıb. Mübahisə nəticəsində polis əməkdaşl sərnişinə bədən xəsarətləri yetirib.

Məsələ ilə bağlı Avtosfer.az">Avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, sosial şəbəkələrdə və internet saytlarında paylaşılan Yevlax rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşının sərnişini döyməsi və ona bədən xəsarəti yetirməsi barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir.
"Mayın 25-i günorta saatlarında Yevlax şəhər sakini 1973-cü il təvəllüdlü Süleymanov Müşviq Səyyad oğlu idarə etdiyi "Vaz 21099" markalı 10-NK-728 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolun hərəkət hissəsində yerləşmə qaydasını pozuduğu üçün Yevlax rayon Dövlət Yol Polisi Bölməsinin yol patrul xidməti inspektoru Çingiz Xəlilov tərəfindən saxlanılıb. Sürücünün sənədləri yoxlanılan zaman məlum olub ki, o avtomobili sərxoş vəziyyətdə idarə edib. Müşviq Süleymanovun sərxoşluq dərəcəsinin müəyyən olunması üçün patrul avtomobilinə tərəf dəvət edilən zaman avtomobildə sərnişin qismində əyləşmiş Yevlax şəhər sakini 1981-ci il təvəllüdlü Məmmədov Rauf Məmməd oğlu sürücünün müayinə olunmasına maneçilik törətmiş və hər iki şəxs birlikdə yol patrul xidməti inspektoru ilə mübahisə etməyə başlayıb. Yol polisi əməkdaşı Çingiz Xəlilov bu barədə növbətçi hissəyə məlumat verdikdən sonra post patrul xidməti əməkdaşları köməyə gəlib və onların köməkliyi ilə hər iki şəxs rayon polis şöbəsinə gətirilib. Polis şöbəsində sürücü və sərnişinin sərxoşluq dərəcəsinin müəyyən olunması üçün həkim personalı dəvət edilib və müayinə nəticəsində onların sərxoş olması məlum olub. Bundan sonra sürücü Müşviq Süleymanovun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1, 327.1, 332.1 və 510-cu maddələri ilə  inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib".

Namidan Piriyev qeyd edir ki, avtomobildə olan sərnişin Rauf Məmmədov polis əməkdaşının xidməti vəzifələrini icra etməsinə mane olduğuna, onun qanuni tələblərinə qəsdən tabe olmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin sərnişin 10 gün müddətinə inzibati qaydada həbs edilib.
 

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man