Lukaşenko MDB-ni dirçəltmək üçün yeni təkliflər verdi

27 May 2021 | 14:46
OXUNUB: 2162
Belarus Prezidenti Aleksandr Lukaşenko MDB razılaşmasına yenidən baxılmasına ehtiyac olduğunu bildirib. Onun fikrincə,ölkələrin  bu təşkilat çərçivəsindəki əməkdaşlığı daha sıx olmalıdır.

Lukaşenko Avrasiya İqtisadi Birliyi çərçivsindəki iqtisadi əməkdaşlığı və KTMT-dəki hərbi əməkdaşlığı nümunə göstərib.
 
Sfera.az xəbər verir ki, Belarus prezidenti MDB-ni "çətir” təşkilatı adlandırıb.

"Biz MDB-nin sonucda nəyə xidmət edəcəyini düşünməliyik. Qarşımıza daha ciddi vəzifələr qoyub  onları sözügedən təşkilatda gerçəkləşdirməliyik. Hazırda MDB ciddi məsəslələrin müzakirə edildiyi  mükalimə meydançasıdır. Biz faktiki olaraq Avrasiya İqtisadi Birliyi və KTMT üzərində "çətir” təşkilatı funksiyası yerinə yetirən MDB-yə konkretlik gətirməliyik.
 
Başqa dövlətlərin başçıları ilə danışıb aydınlaşdırmalıyıq ki, onlar daha yaxın birliklər çərçivəsində fəaliyyət göstərməyə hazırdırlarmı. Bu məsələni işləyib və təkliflər irəli sürə bilsək,  mən MDB icra komitəsi üçün yaxşı bir lobbiçi ola bilərdim",- deyə Lukaşenko bildirib.
 
Qeyd edək ki, MDB-nin dövlət başçıları səviyyəsində Minskdə keçiriləcək sammiti 2021-ci ilin 15  oktyabrına planlaşdırılır.
 
Məlumat üçün bildirək ki, MDB SSRİ-nin dağılmasından sonra yaradılan müstəqil dövlətlər birliyidir. Təşkilat 8 dekabr 1991-ci ilin 8 dekabrında təşkil olunub. . Hazırda MDB-yə aşağıdakı dövlətlər daxildir:
 
•  Azərbaycan;
•  Ermənistan;
•  Belarus;
•  Qazaxıstan;
•  Qırğızıstan;
•  Moldova;
•  Rusiya;
•  Tacikistan;
•  Özbəkistan.
 
Türkmənistan assosiativ üzvdür. Ukrayna faktiki olaraq MDB məkanında fəaliyyətini dayandırıb, amma  rəsmi olaraq qurumu tərk etməyib.
 
KTMT-yə hazırda  yalnız Ermənistan, Belarus, Qazaxıstan və Rusiya daxildir.
 
Avrasiya İqtisadi Birliyinə  üzv dövlətlər  Ermənistan, Belarus, Qazaxıstan, Rusiya və Qırğızıstandır.
 
Selcan
Sfera.az
Mənbə   Pravda.ru
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man