Meizu yeni smart saat təqdim edəcək - FOTO

Yeniliklər 29 May 2021 | 20:13
OXUNUB: 1267

 Huawei şirkəti özünün HarmonyOS adlı fərdi əməliyyat sistemini sürətlə inkişaf etdirir. Artıq bu il şirkət özünün milyonlarla cihazını bu əməliyyat sisteminə keçirtməyi planlaşdırır. Bununla yanaşı Huawei ümid edir ki, Çindən olan digər şirkətlər də HarmonyOS-ə keçiddə maraqlı olacaqlar. Keçən həftə Huawei bildirmişdi ki, Çindən olan minimum 3 şirkət öz məhsullarını sözügedən əməliyyat sisteminə keçirtməyə maraq göstərir. Həmin vaxtda söhbətin hansı şirkətlərdən getdiyi məlum deyil idi. Lakin indi onlardan birinin adı məlumdur.

Söhbət, Meizu şirkətindən gedir. Belə ki, Meizu şirkətinin təqdim etmiş olduğu reklam bannerinə əsasən şirkət 31 may tarixində smart saat modellərini təqdim edəcək və onların əsas üstünlüklərindən biri HongMeng OS olmalıdır. Qeyd etmək lazımdır ki, Çində HarmonyOS-in adı məhz HongMengOS kimi istifadə olunur. Heç istisna deyil ki, şirkət təqdimat çərçivəsində sadəcə olaraq gələcəkdə HarmonyOS əməliyyat sisteminə sahib smart saatları istehsal etmək istəyini elan etsin./technote

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man