"Məscidlərdə
hansı qaydaların tətbiq olunacağı, hansı şərtlərin olacağı ilə bağlı Operativ Qərargahdan
məktub gözləyirik”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr
müavini Fuad Nurullayev Sfera.az-a açıqlamasında deyib. O bildirib ki, bəlli
olan şərtlərdən biri məscidlərdə insanların sayının 50 nəfərdən çox
olmamasıdır:
"O cümlədən sosial məsafənin qorunması,
maskalardan istifadə edilməsi də buna aiddir. Hansı şərtlərin qoyulmasından
asılı olmayaraq, namaza gələn şəxslərin bunlara maksimum riayət etməsinə
çalışacağıq. Tələb olunan qaydalar insanların sağlamlığı üçündür və biz də
qorunması üçün tövsiyələr verəcəyik. Məscid nümayəndələri belə şeylərə nəzarət edəcəklər. Digər tərəfdən
insanların dəstəmaz alıb məscidlərə gəlməsini istəyərdik. Yəni evlərində, iş
yerlərində bunu edib gəlsələr, yaxşı olardı”.
QMİ rəsmisinin sözlərinə görə, ola bilər ki,
vaksin vurduran şəxslərin məscidə gəlməsi tələb olunsun:
"Başqa yerlərə giriş üçün də bilirsiniz,
COVİD-19 pasportu tələbi qoyulub. Məscidlərə də bu cür şərt qoyulub, ya yox, hələ
bilmirik. Təbii ki, xəstəliyin
yayılmaması üçün əlimizdən gələni etməliyik. Məscidlərdə ibadətə qərar verilməsi sevindirici haldır. Düşünürəm ki, pandemiya səngiyəndən sonra istənilən
sayda insan rahat şəkildə istədikləri məscidlərdə ibadətlərini icra edəcəklər”.
Qeyd edək ki, İyunun 10-dan etibarən ölkədə məscidlərin,
ibadət yerlərinin, ziyarətgahların fəaliyyətinə icazə veriləcək.
Günay Rəsulqızı