Bakıda içərisində azyaşlı olan avtomobilin üzərinə ağac aşıb - FOTO

Yol qəzaları 28 May 2021 | 22:30
OXUNUB: 2609

Bakının Nəsimi rayonunda iri ağac qırılaraq 2 avtomobilin üzərinə düşüb.

APA xəbər verir ki, “Hyundai” markalı avtomobil binanın qarşısında hərəkətsiz vəziyyətdə, digər “KİA” markalı avtomobil isə hərəkətdə olarkən ciddi ziyana məruz qalıb.
Hərəkətdə olan, şəhər sakini İradə İbrahimovaya məxsus avtomobildə azyaşlı da olub.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadasının əməkdaşları gəlsə də, xəsarət alan olmayıb.
Hazırda əraziyə Yaşıllaşdırma və Bitkilərin Mühafizəsi İdarəsinin əməkdaşları cəlb edilib. Kökündən çıxaraq yerə düşən ağac hissələrə doğranaraq ərazidən uzaqlaşdırılıb.

Qəzaya uğrayan avtomobil evakuator vasitəsilə müvəqqəti dayanacağa aparılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man