Yaponiya sahillərində iki yük gəmisi toqquşub, 3 heyət üzvü itkin düşüb

Yol qəzaları 28 May 2021 | 12:17
OXUNUB: 396

Yaponiyanın “Byakko” yük gəmisi ilə Marşal Adalarında qeydiyyatda olan kiçikhəcimli, kimyəvi maddələrin daşınması üçün nəzərdə tutulmuş “ULSAN PIONEER” tankeri toqquşub.

Avtosfer.az Yaponiyanın “NHK” telekanalına istinadən xəbər verir ki, hadisə Yaponiyanın Şikoku adasının sahillərində baş verib.

Toqquşma nəticəsində yapon gəmisi aşıb. 12 heyət üzvündən 9-u xilas edilib. Üç dənizçinin itkin düşdüyü bildirilir. 10-dan çox sahil mühafizə gəmisi onların axtarışına cəlb edilib.

Göyərtəsində Cənubi Koreya və Myanmardan 13 dənizçinin olduğu "ULSAN PIONEER" tankeri ciddi ziyan görməyib. Toqquşmadan sonra gəmidə olan kimyəvi maddələrdən heç bir sızma müşahidə edilməyib. Gəmi Çinin Nankingi şəhərindən Yaponiyanın Osaka şəhərinə doğru hərəkət edirmiş.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man