Azərbaycanda ekoloji cəhətdən təmiz avtomobillərin təbliği və təşviqi Prezident İlham Əliyevin təsdiq etdiyi və 2019-2023-cü illəri əhatə edən “Yol Hərəkəti Təhlükəsizliyi”nə dair Dövlət Proqramında öz əksini tapıb.
Bu proqramla əlaqədar olaraq ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təbliği işlərinə Avtosfer.az saytı da qoşulub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi də bu istiqamətdə bir çox addımlar atır. İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov “Toyota” avtomobillərinin hibrid növlərini şəxsən sınaqdan keçirib və bu avtomobillərin ekoloji cəhətdən təmiz olmasından və ətraf mühiti qorumasından danışıb.
Vaqif Əsədov bildirib ki, özü və bir neçə tanışı “Toyota”-nın hibrid növündən istifadə edir. Bu avtomobillərin həm yanacağa qənaət etməsi, həm səssizliyi, həm da ətraf mühitə atılan zəhərli qazların az olması onu və tanışlarını qane edir.
O, sürücüləri gələcəkdə ətraf mühitin qorunması üçün bu cür avtomobillərə üstünlük verməyə səsləyib.
Bu avtomobillər ətraf mühiti qorumaqla yanaşı, bir çox təhlükəsizlik elementinə də malikdir. Bu o deməkdir ki, yeni texnologiyalı hibrid avtomobillər yollarda qəzaların sayının azalmasına səbəb olacaq. Üstəlik, hadisə baş verdiyi təqdirdə ölüm və xəsarət riski az olacaq.
Hazırda test edilən “Toyota RAV4” avtomobilinin bu cəhətdən bir çox üstünlükləri var. Avtomobili idarə edərkən zolaqlar boyunca hərəkəti özü tənzimləyir, yaxın və uzaq işıqları, qarşıdakı avtomobillə ara məsafəsini özü nizamlayır. Təhlükəsizlik yastıqlarının sayı da çoxaldılıb.
Bütün bunlar bu avtomobillərin nə dərəcədə təhlükəsiz olmasını bir daha sübut etməklə yanaşı, ətraf mühitə atılan zəhərli qazların sayını da 50 faizədək azaldır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man