Azərbaycanda yanacağın keyfiyyətinin aşağı olmasını sübut edən faktlar - VİDEO

Nəqliyyat TV 27 May 2021 | 20:45
OXUNUB: 13915

Təmiz hava aylığı çərçivəsində standartlara cavab verməyən və ekologiyanı korlayan avtomobillərə qarşı reydlər davam edir. Hər gün müxtəlif rayonların ərazilərində keçirilən bu reydlərdə onlarla avtomobil sürücüsünə cərimə tətbiq olunur. Təbii ki, məqsəd ekologiyaya vurulan zərərin qarşısını almaq, sürücüləri bu işdə daha məsuliyyətli davranmağa dəvət, yaxud etməkdi. Hətta son vaxtlar katalizatorlara görə tətbiq olunan cərimələr xeyli səs-küyə səbəb oldu. Amma yanacağın yanmasından ayrılan qazların normanı ötməsi birbaşa benzinin, yaxud dizelin keyfiyyətilə əlaqələndirilir. Təbii ki, bunu mütəxəssislər daha yaxşı bilir.

Sürücülər deyir ki, birinci benzinin tərkibi yoxlansın, sonra reyd keçirilsin. Çünki Azərbaycanda təmiz benzin yoxdur: “İstəyirsən 92 vur, istəyirsən 95. Bakıda benzin tökmədiyim yer yoxdur, hər yerdən benzin tökürəm, amma yenə enjektorun işığı yanır baxın. Ustanın yanına gedirəm, onu da sözü bu olur ki, benzindəndir. Benzin yaxşı olsa, mühərrik normal işləsə, nəyə görə artıq qaz buraxmalıdır.

Ustalar da eyni fikirdədir. Deyirlər ki, yanacağın keyfiyyəti olduqca aşağıdır. Ona görə də əksər maşınlar havaya normadan artıq dəm qazı buraxır. Hətta nəqliyyat vasitəsində katalizator olduğu, maşın ölkəyə yeni gətirildiyi halda belə bir müddətdən sonra bizim yanacaq avtomobili sıradan çıxarır: “Birinci növbədə dəm qazının ən çox hissəsi yanacaqların üzərindədir. Sizə bir dənə filtir göstərim, 5 min getmiş süzgəcə baxın. Burada yanacağən tərkibində olan qumlar və çirklər var. Yanacaq bu düzgəcdən keçib birbaşa yanma kamerasına daxil olur. Yanma kamerasında da düz yanmayanda avtomobildə yeqerin tutulması, katalizatorun tutulması, şamların sıradan çıxması baş verir”.

Ustalar hazırda ölkəmizdə satılan Aİ 92 markalı benzini heç bir nəqliyyat vasitəsində istifadə etməyi məsləhət görmürlər. Hətta ondan da keyfiyyətli hesab edilən Aİ 95-in də standartlara cavab vermədiyi deyilir.

 

ARB

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man